“Türkiyə Rusiya ilə münasibətlərdən, Rusiya qazından imtina edə bilməz, bu, strateji məsələdir”.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə gənclərlə görüşündə bildirib.
“Bizim hər iki tərəflə (Rusiya və Ukrayna nəzərdə tutulur) əlaqələrimiz var. Rusiya ilə nüvə enerjisi sahəsində bir layihəmiz var. Gələn il “Akkuyu” atom elektrik stansiyasını bitirib, acacağıq. Bu, bizim üçün çox ciddi mənbədir. Hazırda istehlak etdiyimiz qazın 50 faizini Rusiyadan təmin edirik. Bu, strateji önəm daşıyan münasibətlərdir, biz bu münasibətləri kəsib ata bilmərik”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media