İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müxalifətin etirazlarını yatırmaq üçün təşkilatın kollektiv qüvvələrinin göndərilməsi xahişi ilə müraciət etməyib.
Bizim.Media xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.
“Bu, tamamilə yalan məlumatdır. Qeyd etmək istəyirəm ki, bütün daxili siyasi məsələlərdə baş nazir Paşinyan yalnız erməni xalqının iradəsinə arxalanır. Hətta 2020-ci il noyabrın 10-dan sonra yaranmış ciddi böhran zamanı da belə olub” deyə Qriqoryan əlavə edib.
“Bugünkü mitinqlərin təşkilatçıları artıq bir aydır ki, mitinq keçirmək hüquqlarından istifadə edirlər və Ermənistan polisi nəzarəti öz əlində saxlayır”. Ermənistan mediası onun dediklərindən sitat gəturib.
Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, müxalifətin etirazları cəmiyyətdən geniş dəstək almayıb və o, vəziyyətin nəticəsini sırf daxili siyasi institusional metodlar sahəsində görür.
Bizim.Media