Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısından sonra azərbaycanlı qazilərlə görüşüb.
Bizim.Media xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti Şəmsəddin Qurbanov 44 günlük Vətən müharibəsi zamanı üzərində gəzdirdiyi Türkiyə bayrağını Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Qazilərlə səmimi söhbət edən Türkiyə lideri onlarla xatirə fotosu çəkdirib.
Bizim.Media