Mina partlaması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi Armen Babayan yaralanıb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 17-də saat 16:15 radələrində minanın partlaması nəticəsində şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müqaviləli hərbi qulluqçusu, sıravi Armen Qrantoviç Babayan yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur”, - nazirlikdən bildirilib.
Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Bizim.Media