“Ermənistanın baş naziri Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatət təxirə salınıb”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu ikinci Qarabağ müharibəsi zamanı həlak olan hərbçilərin yaxınlarının nümayəndəsi, hüquqşünas Vaan Ovannisyan deyib.
Onun sözlərinə görə, Ermənistan baş nazirinin saxlanılması ilə bağlı Baş Prokurorluqdan Hərbi Prokurorluğa sorğu göndərilib.
Vəkil onu da bildirib ki, Nikol Paşinyan hələ də Ermənistan Baş Prokurorluğunda şübhəli şəxs qismində dindirilməyib:
“Baxmayaraq ki, əvvəllər Ermənistan hökumətinin başçısının ifadə verdiyi bildirilir. Bu, həlak olan əsgərlərin valideynlərinin narazılığına səbəb olub”.
Bizim.Media