“Yanacağın qiymət artımı məntiqə uyğun deyil” – Ekspertdən açıqlama

Xəbər verdiyimiz kimi, Dövlət Neft Şirkətinin (SOCAR) Tarif Şurasına müraciəti ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasına qərar verilib.

Həmçinin ölkədə təbii qazın pərakəndə satış qiymətinin artırılması da təklif edilib. Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

Amma yaxın gələcəkdə təbii qazın pərakəndə satış qiymətinin artırılması istisna olunmur.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Bizim.Media-ya açıqlamasında indiki dönəmdə təbii qazın satış qiymətinin artırılmasına ehtiyac olmadığını bildirib.

Ekspert hesab edir ki, nə qədər ki, Azərbaycanda yanacaq sürtkü materialları bazası minerallaşdırılmayıb, belə qiymət artımları hər zaman müşahidə olunacaq:

“Həm təbii qazın, həm də enerji daşıyıcılarının pərakəndə satış qiyməti ilə bağlı vəziyyət budur. Bütün enerji daşıyıcıları və təbii qazın qiyməti dünya bazarında mövcud qiymətlərə söykənir. Təbii ki, dünya bazarında neftin qiyməti yüksəldikcə, enerji daşıyıcıları, o cümlədən neft məhsullarının qiyməti də artır. Paralel olaraq qazın qiyməti beynəlxalq bazarda hələki neftin qiymətinə bağlıdır".

"Neftin qiymətində dinamika müşahidə olunarsa, təbii qazın qiymətində də artım baş verir. Bu gün dünya bazarında nə xam neftin, nə də təbi qazın qiyməti yüksək həddədir. Hazırda dünya bazarında, xüsusən Niderland satış platformasında təbii qazın sport 1000 kub.m-lik qiyməti 150-155 dollar civarındadır. Amma bir ay əvvəl bu rəqəm 130-135 dollar aralığında idi. Ona görə də indiki hal üçün təbii qazın qiymətinin artırılmasına ciddi əsas yoxdur”. 

Ekspert əhalinin təbii qazdan istifadə məsələsinə də toxunub. O, deyib ki, 2100 kub.m istifadədə 10 qəpik, yəni, 1000 kub.m-ə 100 manat ödənilir:

“100 manatı dollara çevirəndə elə də kiçik məbləğ etmir. Dünya bazarlarında həm təbii, həm də sıxılmış təbii qazın qiymətini minimal edəndə, daşıma, sığorta, adminstrativ və yükləmə xərcləri toplandıqdan sonra məlum olur ki, Avropanın bəzi satış platformasında sport satış qiymətləri 160-165 dollar aralığındadır. Belə olan təqdirdə Azərbaycan daxilində təbii qazın satış qiymətinin artımına heç də ehtiyac yoxdur”.

Azərbaycanın hasilatlı dövlət olduğunu xüsusilə vurğulayan Zəfər Vəliyev  ölkəmizdə neft-qaz qiymətinin Avropa ölkələri ilə eyni səviyyədə olacağını mümkünsüz hesab edib:

“Azərbaycan neft-qaz ölkəsidir. Bu baxımdan neft-qaz qiymətləri Avropa ölkələrindəki kimi olmamalıdır. Amma enerji daşıyıcılarının qiymətindəki dəyişiklik Azərbaycanda yanacaq sürtkü materialları bazasının, liberal bazarın olmaması ilə əlaqədardır. Cəmiyyətdə liberal bazara keçidlə bağlı əhval-ruhiyyə formalaşdırılmalıdır. Məhz bu liberal bazar olmadığından belə qiymət dəyişiklikləri narazılıq və narahatlıq yaradır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

End of content

No more pages to load

RADİO