“Müqavimət” hərəkatının liderlərindən biri, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan müxalifət aksiyalarının dayandırıldığını açıqlayıb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.
Məlumata görə, Saqatelyan əhalini saat 11:30-dan etibarən vətəndaş itaətsizliyi aksiyalarını dayandırmağa və saat 19:00-da Fransa meydanına toplaşmağa çağırıb.
“Biz qarşımıza qoyulan vəzifəni tam şəkildə yerinə yetirmişik. Sübut etdik ki, vəziyyətin hakimi xalqdır. Saat 11:30-da itaətsizlik hərəkətlərini dayandırırıq. Mitinq saat 19:00-dadır”, - İşxan Saqatelyan bildirib.
O, həmçinin vurğulayıb ki, saxlanılanların sayı bir neçə yüz nəfərdir:
“Daha polis bölmələrində saxlanılanlar üçün boş yer qalmayıb”.
Bizim.Media