“McDonald's” Rusiya bazarını tərk etmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, şirkət Rusiya biznesini satmağa başladığı barədə açıqlama yayıb.
"Ölkədə 30 ildən çox fəaliyyət göstərdikdən sonra “McDonald's Corporation” Rusiya bazarından çıxdığını elan edib və Rusiya biznesini satmaq prosesinə başlayıb" - deyə, hesabatda bildirilib.
Rəşad Əliyev, Bizim.Media