Türkiyədə "Ebi Enes El Kahtani" kod adlı terrorçu-kamikadze saxlanılıb.
Bizim.Media "NTV"yə istinadən xəbər verir ki, Şanlıurfada şübhəlinin yaşadığı yerdə aparılan axtarış zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Bildirilib ki, sözügedən şəxs İŞİD terror təşkilatının Suriyanın Dəməşq əyalətindəki səlahiyyətliləri ilə əlaqə saxlayaraq Türkiyədə terror aktı törətməyi planlaşdırıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media