İrəvan polisi “Müqavimət” müxalifət hərəkatının mitinqinin iştirakçılarını saxlamağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.
Qeyd olunur ki, səhər saat 08:00-da etirazçılar itaətsizlik aksiyalarına başlayıb və avtomobil yürüşü keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin mərkəzində yürüşü dayandıraraq sürücüləri avtomobillərdən çıxarmağa başlayıblar.
Xatırladaq ki, mayın 2-də İrəvanda Ermənistanın müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb.
Etiraz hərəkatının iştirakçıları Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.
Bizim.Media