Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin Türkiyənin Rizə şəhərində Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Bizim.Media