“Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar təşkil ediləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstandakı Amerika Ticarət Palatasının vitse-prezidenti İrakli Baidaşvili bildirib.
“Uçuşlara bu ilin sonunda və yaxud gələn ilin əvvəlində başlanılacağı gözlənilir. Birbaşa aviaəlaqə Gürcüstana imkanlı amerikalı turislərin cəlbinə kömək edəcək” – deyə Baidaşvili qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan ABŞ-la birbaşa uçuşlarla bağlı danışıqları 2019-cu ildən aparır.
Bizim.Media