Sabiq prezident Robert Koçaryana məxsus “Ermənistan” blokunun üzvü Gerasim Vardanyan həbs edilib.
Bizim.Media “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə qərarı hakim David Arqamanyan verib.
“Hakim David Arqamanyan müstəntiq Suren Navoyanın vəsatətini qismən təmin etmək qərarına gəlib. Gerasim Vardanyan 1 ay müddətinə həbs edilib.
"Bu, Gerasimə təsir etməyəcək. O, mübarizə aparıb, yenə də aparacaq”, - deyə G.Vardanyanın vəkili Benik Qalstyan bildirib.
Bizim.Media