“Ədliyyə Nazirliyinin əməkdaşı “Artsax” (Qarabağda qondarma rejim) bayrağını maşınının arxa şüşəsinə yapışdırdığı üçün işdən çıxarılır və ərizə yazmağa məcbur edilir”.
Bizim.Media “aysor.am” saytına istinadən xəbər verir ki, bu fikirləri “Vətən” partiyasının siyasi şurasının üzvü Arsen Babayan özünün Facebook səhifəsində yazıb.
“Əməkdaş naziri “hədələyib” ki, əgər o, qanunsuz tələbinə son qoymasa, ictimaiyyətə bu haqda açıqlama verəcək.
Əslində, Azərbaycan və Ermənistan hakimiyyəti eyni dərəcədə “Artsax”a və onun simvollarına nifrət edir”, – Arsen Babayan qeyd edib.
Bizim.Media