Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində güllə yarası olan əsgər meyiti tapılıb.
Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, 2002-ci il təvəllüdlü Arqişti Armenoviç Yeqyanın meyiti mayın 11-də səhər saat 10:15 radələrində şərq istiqamətində yerləşən bölmənin döyüş mövqeyində aşkar edilib.
O, döş qəfəsindən güllə yarası alıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
Bizim.Media