Ermənistanın baş naziri Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmir.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın müxalifət fraksiyasından olan parlamentin vitse-spikeri İşxan Saqatelyan xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri qarşısında çıxış edərkən deyib.
Saqatelyanın sözlərinə görə, Ermənistanda siyasi böhran var, onun həlli Paşinyan və komandasının istefasını tələb edir.
Daşnakın fikrincə, bu tələb Ermənistanın hazırkı rəhbərliyinin təhlükəsizlik, iqtisadiyyat, milli maraqların müdafiəsi kimi sahələrdə uğursuzluğu ilə bağlıdır.
Saqatelyan xarici diplomatları Ermənistan müxalifətinin mesajını öz ölkələrinin rəhbərliyinə çatdırmağa çağırıb.
Bizim.Media