Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində olub.
Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə Milli Məclisin sədri və nümayəndə heyətinin üzvləri səfirliyin binasında Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.
Sonra Milli Məclisin sədri səfirliyin fəaliyyəti ilə tanış olub, diplomatik korpusun əməkdaşları ilə söhbət edib.
Bizim.Media