Əməkdar artist Könül Kərimova paylaşımı ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçinin aparıcısı olduğu “Xəzər axşamı” şousuna dəvət etdiyi həmkarı Nazənin Salayeva ilə çəkdirib paylaşdığı foto müzakirələrə səbəb olub.
Şəkildə gözəl düşmək üçün “Face App” proqramından istifadə edən Könülün bu addımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, onlar “Plastik həkimləri eyni olub, eyni sifət və eyni cizgi”, “Elə bildim eyni adamdır”, “Elə bil ikisi də zavoddan çıxıblar” – tipli şərhlər yazaraq, ikilini məsxərəyə qoyublar. Nə Könül Kərimova nə də ki Nazənin Salayeva yazılanlara əhəmiyyət verməyiblər.
Qeyd edək ki, hər iki sənətçi zaman-zaman plastik əməliyyat etdirərək, xarici görünüşlərinə əl gəzdiriblər.
Rəşad Əliyev, Bizim.Media