Türkiyənin paytaxtı Ankarada məktəbliləri aparan avtobus yaşayış evinə çırpılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 10-u şagird, biri isə evin sahibi olub. Onlardan üç nəfər xəstəxanaya yerləşdirilib.
Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi deyilir.
Bizim.Media