"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesin yeni doğulan qızlarının adı məlum olub.
Bizim.Media Corcinanın "İnstaqram" hesabına istinadən xəbər verir ki, körpəyə Bella Esmeralda adı verilib.
MÖVZU İLƏ BAĞLI:
Ronaldo yeni doğulan qızı ilə FOTOSUNU paylaşdı
Qeyd edək ki, aprelin 18-də Kriştiano və Corcinanın qızı dünyaya gəlib. Cütlük əkiz uşaq gözləsə də, körpələrdən oğlan dünyasını dəyişib.
Xatırladaq ki, Bella Esmeralda 37 yaşlı hücumçunun 5-ci övladıdır.
Bizim.Media