Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Macarıstan kinosu festivalı keçirilir.
Bizim.Media xəbər verir ki, mayın 8-dək keçiriləcək festival çərçivəsində üç film nümayiş etdiriləcək.
Qeyd edək ki, kinofestivalın ilk günündə tamaşaçılara “Buşo” festivalında iştirak etmiş qısametrajlı filmlər təqdim olunub.
Onlar arasında “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin çəkdiyi 2 qısametrajlı film də var.
Bizim.Media