Xalq artisti Rasim Balayev yenidən əməliyyat olunub.
Sənətkar səhhəti ilə bağlı Bizim.Media-ya açıqlama verib.
“Dünən əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. İndi özümü hamıdan yaxşı hiss edirəm. Bu gün son yoxlamadan keçib, evə buraxılacağam.
Qeyd edək ki, Rasim Balayev iki ay əvvəl uroloji problem səbəbi ilə əməliyyat olunmuşdu.
Rəşad Əliyev, Bizim.Media