Türkiyəli məşhur müğənni Sərdar Ortacın çinli nazirlə bənzərliyi təəccübləndirib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, koronavirusla bağlı Çinin Xarici İşləri Naziri Vang Yi xalqa müraciət edib.
Sosial mediada yayılan görüntülər nazirin türk izləyiciləri tərəfindən maraqla qarşılanıb. Bir çox insan nazirin fotosu ilə Sərdar Ortacın görüntüsünü kollaj edərək yayımlayıb.
Foto sosial mediada böyük maraqla qarşılanıb. Bu iki şəxsiyyətin bir-birinə olan bənzərlikləri insanları təəccübləndirib.
Onlar görüntülərə “İnsanlar cüt yaranıb iddiası sanki Sərdarla Vanq Yi üçün deyilib”, “Elə bil doğma qardaşdılar” kimi şərhlər yazıblar.
Bizim.Media