“Heç bilmirəm, mənim vikipediyamı kim yaradıb. Hər kəs bilir ki, 3 oğul övladım var, amma ordakı məlumatda yalnışlıqla 5 övlad yazılıb. Hər dəfə sildirirəm, sonra yenə 5 görürəm. Ümid edirəm ki, indiki çağırışımı da dəyərli dostlar görüb o səhvi aradan qaldıracaq. İstərdim ki, qız övladım da olsun. Qardaşlarımın 2 qızı var, onları görürəm, ürəyimdən keçir. Hərdən düşünürəm ki, elə 3 övladla da vəssalam”.
Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Babək Niftəliyev qonaq olduğu “Üzə-düz” portret verilişində deyib.
Sənətçi həmkarlarının şəxsi həyatlarını efirə çıxartmalarına qarşı çıxıb.
“Şəxsi həyat barədə danışmağı sevmirəm. Sənətçi öz şəxsi həyatını heç vaxt efirə danışmamalıdır. O özəl olaraq evdə qalmalıdır! İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən buna çox pis baxıram. Olmaz!”.
Rəşad Əliyev, Bizim.Media