Müğənni Xatirə İslam Qarabağ müharibəsində şəhid olan Ahəstə Baxışovanın övladlarını ziyarət edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində məlumat verib. Müğənni şəhid övladları ilə çəkilən fotosunu sosial media hesabında yayımlayaraq, bu sözləri qeyd edib.
“Şəhidimiz Arəstə xanımın balalarını ziyarət etdik. Allah rəhmət etsin”.
Qeyd edək ki, Arəstə Baxişova 1989-cu ildə Xaçmazda doğulan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.
Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə xanım sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra iki övladı qalıb: Zəhra və Mərdan indi nənələrinin himayəsindədirlər.
O, "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bizim.Media