Türkiyənin pop ulduzu Gülşən verəcəyi 100 konsertdən alacağı qonorarın miqdarı açıqlanıb.
Bizim Media xəbər verir ki, may, iyun, iyul, avqust və sentyabr aylarında verəcəyi toplam 100 konsertdən 40 milyon lirə təxminən 4,5 milyon manat pul qazanacaq.
Sənətçi bir konsertdən 400 min lirə təxminən 45 min manat qonorar alacaq.
Qeyd edək ki, Gülşən mayın 27-si “Bakı Konqres Mərkəzi”ndə canlı solo konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media