İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında 125 nəfər saxlanılıb.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aksiyaçılar İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələblərinə tabe olmamaqla) maddəsi ilə saxlanılıb.
Bizim.Media