Xəbər verdiyimiz kimi, Hollivudun məşhur aktrisası Ancelina Coli Ukraynaya səfər edib. BMT-dən bununla bağlı açıqlama verilib.
Bizim.Media xəbər verir ki, qurum Ancelina Colinin Ukraynaya öz təşəbbüsü ilə getdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Ancelina Coli Ukraynaya səfər etdi - VİDEO
“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu səfərlə heç bir əlaqəsi yoxdur”, - deyə BMT-dən bildiriblər.
Təşkilat həmçinin qeyd edib ki, 46 yaşlı aktrisa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiridir, lakin o, rəsmi işləri ilə bağlı Lvovda olmayıb”.
Ukrinform BMT rəsmisinin dediklərindən sitat gətirib.
Colinin Ukraynada olduğu haqda informasiyanı BMT sosial şəbəkələrdən öyrənib.
Bizim.Media