Ulduz futbolçu Kriştiano Ronaldo yeni doğulan qızının fotosunu yayımlayıb.
Bizim.Media xəbər verir ki, yarıçılpaq halda qucağında qızı ilə sevgilisi Corcina Rodrigez tərəfindən lentə alınan şəkili Kriştiano 436 milyonluq "İnstagram" hesabında paylaşıb.
"Əbədi sevgi" şərhi ilə paylaşılan fotoya 11 milyondan çox bəyənmə, 123 min rəy gəlib.
Qeyd edək ki, bir neçə gün əvvəl K.Ronaldonun sevgilisi Corcina Rodrigez ana olub. O dünyaya gətirdiyi əkiz övladından birini - oğlunu itirib.
Rəşad Əliyev, Bizim.Media