“6 il arvadımın qazancına möhtac halda yaşadım” – “Qara Volqa” filminin rejissoru ilə MÜSAHİBƏ

“Bu gün islahat adı ilə kinoda milli düşüncə tərzini dəyişdirirlər”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində kino rejissor Elşən Məmmədov səsləndirib.

- Elşən müəllim, “Qara Volqa” çoxdan gedib?

- Gedib də sözdür? (gülür). Son model “cip”ləri, “xammer”ləri azərbaycanlı qaydası ilə əldə edib sürə bilmədiyim üçün mənə qalan elə o “Qara Volqa”nı yaratmaq  oldu.

- Bəs o məşhur filminizi necə çəkmişdiniz? Maddi tərəflərini kim qarşılamışdı?

- “Qara Volqa” filmi 1993-də Dövlət Neft Komitəsinin sifarişi və sponsorluğu ilə çəkilib. Müstəqillik illərimizin ilk filmlərindən olduğu üçün onu ərsəyə gətirmək üçün komanda olaraq çox böyük zəhmət çəkmişdik. Əmək insanı ucaldar deyib atalarımız. İndiki gənc nəsil də o filmi xatırlayıb izləyib mənə nə isə sual ünvanlayırsa, demək ki, nə isə edə bilmişəm.

- Bu gün çəkilən filmlərimiz sizi qane edir?

- Problem odur ki, yaxşı ssenarilər yazılmır. Bu gün filmlərin çəkilişi üçün tutarlı  dramaturgiya yoxdur. Bu, film üçün çox önəmlidir. Azərbaycanda ciddi dramaturgiya qıtlığı var. Hərçənd, Çingiz Abdullayev də dedektiv janrda əsərlər yazır. Amma, nədənsə onun ssenarilərinə pul ayrılmır. Ayrılsa, yaxsı olardı.Bu gün islahat adı ilə kinoda milli düşüncə tərzini dəyişdirirlər. Amma unutmaq olmaz ki, kinomuzda milli düşüncə olmalıdır. Onu hər kes anlamalıdır. Hazırda işsiz olmağıma da kinomuzun mövcud durumu səbəbdir.

- Son dövrlərdə niyə milli ruhda çəkilən filmlər əvvəlkilər kimi effektli olmur?

- Milli kinomuza münasibət dəyişilməlidir. Təkcə festival üçün film çəkmək lazım deyil. Milli ruhda filmlər çəkmək lazımdır. Gənc rejissorlar milli filmlərimizi araşdırmaq əvəzinə özləri Avropa filmlərinə oxşar ssenarilər yazıb ona uyğun da film çəkir, adını da qoyurlar Azərbaycan kinosu. Əslində isə onların heç biri Azərbaycan kino sənəti nümunəsi sayılmır.

- Gənc kino rejissorlarımızdan kimləri tanıyırsınız? 

- Gənclərdən Rüfət Həsənovu tanıyıram. Sənət baxımından nələrsə etməyə çalışır, amma onu özündən bir addım öncəki nəslin nümayəndəsi Elxan Cəfərovla müqayisə etsəm, Elxana üstünlük verərəm. İndiki gənclərimizin filmlərində milli düşüncə tərzi yoxdur.

- Hazırda üzərində işlədiyiniz film varmı?

- Azərbaycanfilm Kino Studiyasının yeni rəhbərliyi sağ olsun ki, bizə də diqqət göstərdi. “Salnamə” studiyasından milli qəhrəmanlarımızla bağlı sənədli film sifarişi almışam. Hazırda onun üzərində çalışıram. Nəhayət 5-6 il işsizlikdən sonra mənə yenidən film verdilər. Bu 6 ildə Kino studiyanın bütün rəhbərlərinə müraciət etdim, amma mənə iş vermədilər.

- Son 5-6 ildə işsiz olduğunuzu söylədiniz. Bəs maraqlıdır yaşam xərclərinizi necə qarşıladınız?

- Əgər buna yaşamaq demək  olarsa.... İşsiz illərimdə necə yaşadığımın cavabını hələ də axtarıram. O illər ərzində həyat yoldaşımın qazancına möhtac şəkildə yaşadım. Yəqin ki, bir kişi üçün həyat yoldaşının əlinə baxıb yaşamağın nə demək olduğunu ancaq bunu yaşamış kişilər yaxşı bilər.

Həmin illərdə demək olar ki, döymədiyim qapı qalmadı. Hətta Mədəniyyət Nazirliyinə müraciət etdim ki, həyatda qalmağım üçün kino olmasa da, məni başqa bir sahədə işlə təmin etsinlər. Amma müraciətlərimə heç kim cavab vermədi.

- Azərbaycanda ilk dəfə olaraq Kino Agentliyi yaradılmasını, yəqin ki, siz də eşitmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Kino böyük sahədir və məncə, müstəqil bir qurum olmalıdır. Mən istərdim ki, bu agentlik Mədəniyyət  Nazirliyinin tərkibində  olan bir qurum kimi deyil, tam müstəqil bir qurum kimi fəaliyyət göstərsin. İstehsal olunan filmlərin uğurlu olması da, məhz bu amildən asılıdır. Çünki bu halda müstəqil agentlik ən bacarıqlı və işini bilən kadrları toplayacaq ki uğurlu işlər ortaya qoyulsun.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhidin hərbçi övladı VƏFAT ETDİ

Şəhidin hərbçi övladı VƏFAT ETDİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Daşkəsəndə ev YANDI - Xəsarət alan var

Daşkəsəndə ev YANDI - Xəsarət alan var

Saçlar niyə vaxtından tez ağarır? - Stresslə əlaqəsi yoxdur

Saçlar niyə vaxtından tez ağarır? - Stresslə əlaqəsi yoxdur

Soçi aeroportu fəaliyyətini dayandırdı

Soçi aeroportu fəaliyyətini dayandırdı

Yeniyetmə qıza əxlaqsızlıq edən gənclə bağlı QƏRAR

Yeniyetmə qıza əxlaqsızlıq edən gənclə bağlı QƏRAR

“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb – FOTO

“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb – FOTO

Əziz Orucov azadlığa buraxıldı

Əziz Orucov azadlığa buraxıldı

Honq Konqdakı yanğında ölənlərin sayı 44-ə ÇATDI

Honq Konqdakı yanğında ölənlərin sayı 44-ə ÇATDI

Yol qəzalarının yarısı bu saatlarda BAŞ VERİR

Yol qəzalarının yarısı bu saatlarda BAŞ VERİR

Plastik cərrahı qətlə yetirən Türkiyə vətəndaşı yenidən məhkəmə qarşısında

Plastik cərrahı qətlə yetirən Türkiyə vətəndaşı yenidən məhkəmə qarşısında

Putin komuz çaldı – VİDEO

Putin komuz çaldı – VİDEO

Sumqayıtda 3 ov tüfəngi tapıldı

Sumqayıtda 3 ov tüfəngi tapıldı

Hibrid avtomobili almaq istəyənlərin nəzərinə: Diqqətli olun, əks halda...

Hibrid avtomobili almaq istəyənlərin nəzərinə: Diqqətli olun, əks halda...

Məhkəmə Şamil Sabiroğlu ilə bağlı qərarı açıqladı

Məhkəmə Şamil Sabiroğlu ilə bağlı qərarı açıqladı

Konfrans Liqasında dördüncü tura start verilir

Konfrans Liqasında dördüncü tura start verilir

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Çoxmərtəbəli binalarda qazın verilməsi DAYANDIRILACAQ – Elektrik tarifləri ARTACAQ?

Çoxmərtəbəli binalarda qazın verilməsi DAYANDIRILACAQ – Elektrik tarifləri ARTACAQ?

“ChatGPT”də yeni funksiya - Alış-verişiniz asanlaşacaq

“ChatGPT”də yeni funksiya - Alış-verişiniz asanlaşacaq

200 ton qızılla batan gəmidəki xəzinələr çıxarılmağa başlayıb - Foto

200 ton qızılla batan gəmidəki xəzinələr çıxarılmağa başlayıb - Foto

Argentina Rafael Qrossini BMT Baş katibi vəzifəsinə namizəd göstərdi

Argentina Rafael Qrossini BMT Baş katibi vəzifəsinə namizəd göstərdi

Azərbaycanda məşhur veriliş bağlandı - FOTO

Azərbaycanda məşhur veriliş bağlandı - FOTO

Pezeşkianın oğlu hakimiyyətin bu qərarını sərt tənqid etdi

Pezeşkianın oğlu hakimiyyətin bu qərarını sərt tənqid etdi

ABŞ-da əsgərləri güllələyən Əfqanıstan vətəndaşı imiş

ABŞ-da əsgərləri güllələyən Əfqanıstan vətəndaşı imiş

End of content

No more pages to load

RADİO