Ermənistan hərbi hissələrindən birində əsgər hərbçi yoldaşını güllələyib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 28-də N saylı hərbi hissənin əsgəri, 2002-ci ildə anadan olmuş Samvel Sanoyan əsgər yoldaşının açdığı atəş nəticəsində xəsarət alıb və o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media