Bu gün Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə keçirilən etiraz aksiyasında polislə toquşma baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Mənim şərəfim var" blokuna daxil olan "Vətən" partiyasının mətbuat katibi Sos Akopyan bildirib.
"Aksiyanın sonunda etirazçılarla polislər arasında mübahisə yarandı. Polislər etirazçıları döyməyə başladılar", - deyə S.Akopyan vurğulayıb.
O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda ittiham edib.
Bizim.Media