Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində açılan cinayət işi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, açılan cinayət işini qəbul etmədiyini, əsassız olaraq ittiham edildiyini deyib:
“Məni yalanda ittiham edirlər. Halbuki, yazdığım postda yalnız bir yanlışlıq var. O, da Jukovun beşqat deyil, əslində dördqat Sovet İttifaqı Qəhrəmanı olmasıdır. Yerdə qalan faktların hamısı “Wikipedia”dan, yəni açıq mənbələrdən götürülüb. Həmin faktlar hətta marşalın öz xatirələrində də var. Axı burada yalan və nasizmin təbliği haradadır?”, - deyə həmyerlimiz bildirib.
Bizim.Media