Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət göstərib.
Bizim.Media xəbər verir ki, prodüser Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Daha sonra onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət daxil olub.
Polis əməkdaşları tərəfindən o, bölməyə dəvət edilib. Lakin T.Səmədova polisə müqavimət göstərib.
T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Səmədovanın barəsində 200 manat məbləğində cərimə edilib. (Report.az)
Bizim.Media