“1915-ci il hadisələrini “soyqırımı” adlandırmağın heç bir əsası yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Bu, heç bir halda regionda və dünyada sülhə xidmət edəcək bir iş deyil. Bu əsassız iddialarla bağlı tarixçilərimizin ortaya qoyduğu faktları hər kəsin görməsini gözləyirik. Sözügedən hadisələrlə bağlı ABŞ mənbələrindən toplanan araşdırmalarda heç bir halda “soyqırımı” ifadəsi yer almayıb. Amma indi siyasi cəhdlərlə hər şey təhrif olunur. Tariximiz təmizdir, utanacaq bir şey yoxdur” –deyə Akar qeyd edib.
Bizim.Media