Aprelin 26-da Bakıda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarənin direktoru Denis Qonçar müsahibəsində bildirib.
“Aprelin 26-da keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci yubiley iclasına hazırlıq davam edir”, - o deyib.
Diplomatın sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığa dair kompleks məsələləri nəzərdən keçirir: “Bizim çoxsaylı maraqlı və perspektivli yeni layihələrimiz var”.
Bizim.Media