Uzun zamandır aralarında soyuq küləklər əsən Əməkdar artist Lalə Məmmədova və müğənni Samirə ƏliMəryəm bir araya gəlib.
Bizim.Media xəbər verir ki, məclislərin birində sənətçilərin görüşməsini Zümrüd Bədəlova lentə alaraq, sosial şəbəkə hesabında paylaşıb.
Laləni qucaqlayaraq, öpüşlərə qərq edən Samirə onu uzun müddətdir görmədiyini söyləyib.
Qeyd edək ki, illərdir rəfiqə olan sənətçilərin küsülü olduğu uzə çıxmışdı. Daha sonra L.Məmmədova S.ƏliMəryəmlə barışdığını açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media