Türkiyənin qalmaqallı müğənnisi Seda Sayan 7-ci dəfə ərə gedib.
Bizim.Media xəbər verir ki, səs-küylü sənətçi ötən axşam otellərin birində kiçik yığıncaq təşkil edərək həmkarı Çağlar Öktenlə evlənib.
Mayın 7-si Pragada keçiriləcəyi planlaşdırılan nikah cütlüyün viza ilə bağlı problemləri səbəbindən İstanbulda gerçəkləşib.
Mərasimdə Seda Sayanın nikah şahidi həmkarı Sofiya Soyman ilə Esra Özmen, Çağlar Öktenin isə S. Soymanın həyat yoldaşı Faik Öztürk və Fuat Özdolğun olub.
Rəşad Əliyev, Bizim.Media