"Karib dənizinin quldurları" filminin ulduzu Coni Depp qalmaqallı açıqlaması ilə dünya mətbuatının manşetinə düşüb.
Bizim.Media xəbər verir ki, keçmiş aktrisa həyat yoldaşı Ember Herdlə məhkəmə qalmaqalından danışıb.
C. Depp həyatında hər şeyini itirdiyini açıqlayıb:
"Hər şeyimi itirdim. Məhkəmənin çıxardığı qərardan aslı olmayaraq, mən itirdim. Bu iddialar ortalığa çıxarıldığında itirdim, çünki sonsuza qədər mənimlə qalacaqlar. Həyatım sonsuza kimi məhv oldu".
Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.
Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.
Rəşad Əliyev, Bizim.Media