Əməkdar artist Sənubər İsgəndərli illər əvvəl müğənnilik etməsi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, aktrsa bu barədə “10-da görüşək” səhər şousunda deyib.
“Bir peşədə hər şeyi mükəmməl bilməlisən. Əgər haradasa axsadınsa, niyə davam edəsən? Düzdür, məndə yaxşı alınmışdı. Amma mənim aləmimdə müğənni canlı konsertlər verməlidir, böyük komandası, prodüseri olmalıdır. Bunları düşündükcə, anladım ki, mənlik deyil”.
Rəşad Əliyev, Bizim.Media