“Səsləndirdiyim “Maral” mahnısından sonra mən beynəlxalq müğənni oldum (gülür). Bu mahnı ilə Rusiyanın bütün şəhərlərini gəzdim. Azərbaycanda isə olmadığım rayonlarda belə çıxış etdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “7 canlı” şousunda qonaq olarkən deyib.
Sənətçi bir toyda 152 dəfə “Maral” mahnısını oxuduğunu açıqlayıb.
“Elə toy oxumuşam ki, “Maral” mahnısı ilə həm açılış həmdə bağlanış etmişəm. Musiqiçilər sayıblar ki, bir toyda 152 dəfə “Maral” mahnısını səsləndirmişəm.
Qeyd edək ki, Nadir Qafarzadə “Maral” adlı bəstini 2013-cü ildə lentə alıb. Sözügedən mahnı qısa müddətdə məclislərdə ən çox ifa edilən musiqiyə çevrilib.
Rəşad Əliyev, Bizim.Media