“Bizdə elə bir tendensiya yaranıb ki, gənclərimizin bir hissəsi “mərsiyə” tərzində dinləyib, oxuyurlar. Bir hissəsi də “mərsiyə” tərzində muğamlar oxuyurlar. Bəziləri xarici musiqiləri bilirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İTV-yə müsahibəsində deyib.
Sənətçi həmkarlarını “mərsiyə oxuyan ifaçı” adlandıraraq, onları tənqid edib:
“Belə olduğu halda bizim estrada musiqimiz tənəzzülə uğraya bilər. Məhz bu səbəbdən mən iyun ayının 1-də olan konsertimə bizim klassik Estrada musiqilərimizi oxumaq üçün bir sıra yanımda olan gənc ifaçıları səhnəyə çıxardacağam.
Onlara artıq tapşırıq vermişəm ki, hansı mahnıları ifa etsinlər. Siz və mən əl-ələ verib, zəngin mədəni irsimizi qorumalıyıq”.
Qeyd edək ki, B.Dadaşova iyunun 1-də ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media