Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Telegram” səhifəsində bildirib.
Vereşçuk 19 ukraynalının geri qaytarıldığını bildirib. O əlavə edib ki, qaytarılanların arasında hərbçilər, o cümlədən 10 hərbçi və 9 dinc sakin var.
Bizim.Media