Rusiyanın dağılmasını daha çox bu ölkədə dəyişiklik istəməyənlər arzulayır.
Bizim.Media “gordonua.com” saytına istinadən xəbər verir ki, bu fikirləri rusiyalı yazıçı, teleaparıcı, jurnalist və şair Dmitri Bıkov “Navalny LIVE” YouTube kanalının efirində səsləndirib.
"Mən yalan və qadağaların sonunda böyük yorğunluq görürəm". Bıkov müasir rus cəmiyyəti haqqında belə deyib.
Onun fikrincə, 2022-ci ilin payızına qədər bütün repressiv qanunların genişmiqyaslı ləğvinə və siyasi məhbusların azadlığa buraxılmasına başlanacaq.
"Gələcəkdə Rusiyanın gözəl olacağına inanıram. Əminəm ki, Putin Rusiyası Ukraynaya hücum edərək bu rejimin ömrünü xeyli azaldıb, bütün prosesləri sürətləndirib. Yanvarda güman edirdim ki, Putinin dövründə mən çox uzun müddət yaşayacam. Ancaq indi hesab edirəm ki, altı ay, bəlkə də daha az ömrüm qalıb”, - Bıkov yekunlaşdıb.
Bizim.Media