Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin 80%-ni ələ keçirib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Burada vəziyyət çox ciddidir. Luqansk vilayətinin bütün ərazisi atəşə tutulacaq. Təhlükəsiz şəhər yoxdur. Biz başa düşürük ki, Rusiya irəliləyir və yolunda olan hər şeyi məhv etməyə hazırlaşır. Beləliklə, hər kəsi mümkün qədər evakuasiya etmək lazımdır”, - Luqansk rəhbəri vurğulayıb.
Bizim.Media