Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.
Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, o, bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.
Həmçinin hökumət başçısının Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.
Bizim.Media