Dünyaca məşhur model Adriana Lima 3-cü dəfə ana olacaq.
Bizim Media xəbər verir ki, o, övladının cinsiyyətini açıq havada təşkil olunan şənlik zamanı açıqlayıb.
Modelin prodüser sevgilisi Andre Lemmersdən oğlu dünyaya gələcək.
Qeyd edək ki, A.Limanın basketbolçu Marko Yariçlə olan evliliyindən 2 qızı var. Cütlük rəsmi olaraq 2016-cı ildə boşanıb.
Rəşad Əliyev, Bizim.Media