Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI açıqladı - ÖZƏL MÜSAHİBƏ

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın Ermənistana təklif etdiyi baza prinsiplərinə əsasən yekun sülh müqaviləsinin imzalanması ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.

- Rusiya Azərbaycanın həm müttəfiqidir, həm də Azərbaycanla Ermənistan arasında sülhün bərpasında vasitəçidir. Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplər sülh sazişinin əsas şərtidir. Rusiya Azərbaycanın təməl prinsiplərini dəstəkləyirmi? 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Rusiyadan YENİ QƏRAR - Xüsusi nümayəndə


- Əvvəllər qeyd etdiyimiz kimi, Bakının təklif etdiyi “Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri” və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas addım kimi dəyərləndirilir. Bu mövzu cari ilin aprelin 9-da müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları zamanı müzakirələr keçirilib. Eləcə də bir gün əvvəl Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlarda və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da müzakirələr aparıb. Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmindədir.

- ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini dayandırıb. Bu, danışıqlara necə təsir edir?

- Xatırladaq ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırıb. Bu arada Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir fasiləyə imkan vermir. Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün regionda uzunmüddətli sülh və sabitliyin bərpası naminə əlavə ardıcıl addımlar tələb olunur.

- Rusiya yekun sülh razılaşması üçün nə edəcək?

- ATƏT-in Minsk Qrupunun rusiyalı səfiri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək.

Onun diqqət mərkəzində yuxarıda adıçəkilən sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz, eləcə də tərəfdaşlarımızdan İqor Xovayevin səylərinə dəstək olacaqlarına ümid edirik. Həmçinin, digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əlaqəyə açığıq.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

“Benfika”-“Qarabağ” matçının hakimləri açıqlandı

“Benfika”-“Qarabağ” matçının hakimləri açıqlandı

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapıldı

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapıldı

Gəncədə qardaş qardaşı BIÇAQLADI

Gəncədə qardaş qardaşı BIÇAQLADI

AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı

AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı

Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında -FOTO

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında -FOTO

SON DƏQİQƏ: Xankəndidə erməni polis əməkdaşlarına avtomatdan atəş açdı - YARALI VAR

SON DƏQİQƏ: Xankəndidə erməni polis əməkdaşlarına avtomatdan atəş açdı - YARALI VAR

Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Hindistanda zəlzələ oldu

Hindistanda zəlzələ oldu

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

Türkiyədə silah zavodu YANIR

Türkiyədə silah zavodu YANIR

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO