Amerikanın “Paramount” şirkəti Rusiyada yayımını dayandıracaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aprelin 20-dən şirkətin daxilində yer alan kanallar Rusiya televiziyalarının ekranlarında daha yayımlanmayacaq.
Onların arasında uşaqlar və yeniyetmələr üçün üçün nəzərdə tutulan “Nickelodeon”, əyləncəli “Paramount Comedy” və musiqi kanalları olan “MTV Live HD” ilə “MTV Russia” da var.
Rəşad Əliyev, Bizim.Media