Çində Dövlət Qida və Dərman İdarəsi "Sinopharm" tərəfindən hazırlanan koronavirus vaksininin satışa çıxarılmasına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Bildirilib ki, "Sinopharm" vaksini daha təhlükəsiz hesab edilir, yüksək titrli antitellərin yaranmasına səbəb olur.
Qeyd edək ki, ötən gün verilən açıqlamada sözügedən vaksinin qoruma səviyyəsinin 79.34% olduğu vurğulanıb.
Bizim.Media